Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Formula-1" üzrə Azərbaycan Qran-prisində azarkeşlər olmayacaq

© Sputnik / Murad OrujovФормула 1 в Баку – итоги первого дня
Формула 1 в Баку – итоги первого дня - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov: "Bakıdakı yarışla Türkiyə Qran-Prisinin tarixlərinin dəyişdirilməsi mümkün deyil"

BAKI, 12 may - Sputnik. "Hələlik "Formula-1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib:

"Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

O həmçinin bildirib ki, Bakıdakı yarışla Türkiyə Qran-Prisinin tarixlərinin dəyişdirilməsi mümkün deyil: 

"Qran-Prinin vaxtı digər tədbirlərin qrafikində sıx oturub. Axı bizi Bakıda futbol gözləyir. İlk oyun iyunun 12-də Qran-Pridən sonrakı həftənin şənbə günü keçirilməlidir. Bir sözlə, biz bu il heç nə edə bilmərik. Başqa il olsaydı, Qran-Pri təqvimdəki yeganə böyük idman tədbiri olsaydı, variantlarımız olardı. Amma bu il yox".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4-6 iyun tarixləri arasında Bakının mərkəzi küçələrində keçiriləcək.

Xəbər lenti
0