22:06 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
İDMAN
Qısa URL
19

Böyük Britaniya klubları irqçilik və diskriminasiya ilə mübarizə qismində aprelin 30-dan mayın 3-dək sosial şəbəkələri boykot ediblər.

BAKI, 1 may - Sputnik. İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messinin Instagram-dakı izləyicilərinin sayı 200 milyonu keçib. Sputnik Azərbaycan-ın məlumatına görə, futbolçu bu məqamdan istifadə edərək insanlardan sosial şəbəkələrdə başqalarını aşağılamamalarını xahiş edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Leo Messi (@leomessi)

"Görürəm ki, izləyicilərimin sayı Instagramda 200 milyonu keçib. Ancaq bu gün baş verənləri nəzərə alaraq bunu qeyd etməyəcəm. Hesab edirəm ki, hər bir profilin arxasındakı insana diqqət ayırmağın, hər bir akkauntun arxasında ətdən və qandan olan canlı, gülən, ağlayan, həzz alan, əzab çəkən, hissləri olan adamın durduğunu anlamağın vaxtı gəldi.  Sosial şəbəkələrdə sərt davranış və diskriminasiya əleyhinə kampaniya təşkil edən Birləşmiş Krallığın bütün futbolçularını təbrik edir və bağrıma basıram", - Messi Instagram-da yazıb.

Qeyd edək ki, Böyük Britaniya klubları irqçilik və diskriminasiya ilə mübarizə qismində aprelin 30-dan mayın 3-dək sosial şəbəkələri boykot ediblər. 

Lionel Messi bütün peşəkar karyerasını "Barselona"da keçirib. İyunda 34 yaşı tamam olacaq argentinalı oyunların sayına (773) və bütün turnirlərdə vurduğu qolların sayına (667) görə klubun rekordsmenidir. "Barsa" ilə o, on dəfə İspaniya çempionu, yeddi dəfə Milli Kubokun qalibi, dörd dəfə isə Çempionlar Liqasının qalibi olub.

Teqlər:
boykot, sosial şəbəkə, Instagram, Lionel Messi

Əsas mövzular