Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA qadın futboluna ayrılan pulu 4 dəfə artıracaq

© AFP 2023 / FABRICE COFFRINIЛоготип УЭФА, фото из архива
Логотип УЭФА, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Bu məbləğin 23 faizi aparıcı liqalardan turnirə vəsiqə qazana bilməyən klublara həmrəylik ödənişi kimi veriləcək.

BAKI, 27 aprel - Sputnik. UEFA 2020/2021 mövsümündən qadın futbol klublarına ödənişləri 4 dəfə artıracaq.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, qadınlar arasında Çempionlar Liqasındakı (ÇL) format dəyişikliyindən sonra baş verəcək.

Yeni mövsümdən ödənişlərin ümumi məbləği 24 milyon avro təşkil edəcək. Bu məbləğin 23 faizi aparıcı liqalardan turnirə vəsiqə qazana bilməyən klublara həmrəylik ödənişi kimi veriləcək. Vəsait qadın futbolunun inkişafı üçün istifadə olunmalıdır.

Qeyd edək ki, yeni qaydalara görə, qrup mərhələsində oynayan komandalar minimum 400 000 avro qazanacaqlar. Qalib turnir boyu nəticələrə görə 1,4 milyon avroyadək qazanacaq. Qalib isə turnir boyu göstərdiyi nəticələrə əsasən, 1,4 milyon avroya qədər gəlir əldə edə bilər.

Xəbər lenti
0