Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasının formatı dəyişdirildi

© AP Photo / Jon SuperЛиверпуль - Реал Мадрид
Ливерпуль - Реал Мадрид - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Yeni formata əsasən, Avropanın ən prestijli klub turnirinin iştirakçılarının sayı 32-dən 36-ya çatdırılıb.

BAKI, 19 aprel — Sputnik. UEFA 2024-cü ildən Çempionlar Liqasının (ÇL) formatının dəyişdirilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu UEFA Baş katibinin müavini Corco Marketti bildirib.

Yeni formata əsasən, Avropanın ən prestijli klub turnirinin iştirakçılarının sayı 32-dən 36-ya çatdırılıb.

Qeyd edək ki, daha əvvəl "Deutsche Welle" nəşri 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsinin ləğv olunacağını, komandaların ümumi sayının isə 32-dən 36-ya yüksəldiləcəyini yazıb. 36 komandadan 2-si yarışa "Wild Card" sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.

İsveçrə sistemi əsasında keçiriləcək yarışın ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Xatırladaq ki, turnir 2024/25 mövsümünə qədər indiki formatda davam edəcək.

Xəbər lenti
0