Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatı və kubokunun Bakıda keçirilməsinə icazə verilib

© Sputnik / Murad OrujovФинал многоборья чемпионата мира по художественной гимнастике в Баку
Финал многоборья чемпионата мира по художественной гимнастике в Баку - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
Cari ilin may ayında keçirilməsi nəzərdə tutulmuş hər üç yarış Azərbaycanda qəbul olunmuş karantin normalarına riayət olunmaqla təşkil olunacaq

BAKI, 14 aprel — Sputnik. Teymur Tuşiyev. Azərbaycan Respublikasının Nazirlər Kabineti cari ilin may ayında Bakıda gimnastika üzrə üç irimiqyaslı yarışın keçirilməsinə razılıq verib. Sputnik Azərbaycan Milli Gimnastika Federasiyasına istinadən xəbər verir ki, hər üç yarışın tamaşaçılarsız keçirilməsi şərt kimi irəli sürülüb.

Beləliklə, may ayının 7-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək. Bu turnir Tokio olimpiadasına seçmə yarış xarakteri daşıyır.

Bundan əlavə, may ayının 21-23-də elə həmin arenada müxtəlif yaş qruplarında idman aerobikası üzrə yarışlar təşkil olunacaq.

Mayın 27-29-da isə Bakıda idman aerobikası üzrə dünya çempionatı keçiriləcək.

Qeyd edək ki, adı çəkilən yarışların hələ ötən il keçirilməsi nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası üzündən həmin yarışlar təxirə salınaraq 2021-ci ilə keçirilib.

Hər üç yarışma koronavirus pandemiyası zamanı tətbiq olunan sanitar-epidemioloji normalara riayət olunmaqla və boş tribunalar şəraitində keçiriləcək.

Xəbər lenti
0