Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı Ümumdünya Velosiped İdmanı Mərkəzi ilə müqavilə imzalayıb

© Photo : Facebook / Azerbaijan Cycling Federation / AzVİFАян Ханкишиева
Аян Ханкишиева - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Velosiped idmanı üzrə Azərbaycan yığmasının üzvü Ayan Xankişiyeva cari ilin sonuna qədər Mərkəzi təmsil edəcək və Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında gücünü sınayacaq.

BAKI, 31 mart — Sputnik. Teymur Tuşiyev. Azərbaycanlı velosipedçi Ayan Xankişiyeva Ümumdünya Velosiped İdmanı Mərkəzi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə Sputnik Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

23 yaşa qədər idmançılardan ibarət Azərbaycan yığmasının üzvü Xankişiyeva ilə İsveçrədə yerləşən Ümumdünya Velosiped İdmanı Mərkəzi (WCC) arasında müqavilə bu qurumla Azərbaycana Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq çərçivəsində imzalanıb. Sənədə əsasən velosipedçimiz cari ilin sonuna qədər bütün beynəlxalq yarışmalarda Mərkəzi təmsil edəcək.

Qeyd edək ki, 2021-ci ildə dünya və Avropa çempionatlarından əlavə sentyabr ayında Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcək.

Onu da qeyd edək ki, hər il WCC bütün dünyadan gənc, perspektivli idmançıları seçir və onlar bu idman növü üzrə aparıcı mütəxəssislərin rəhbərliyi altında məşq etmək imkanı əldə edirlər.

 

Xəbər lenti
0