17:20 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
İDMAN
Qısa URL
55 0 0

Portuqaliya yığması ilə görüşün 36-ci dəqiqəsində millimizin kapitanı Maksim Medvedevin atdığı avtoqol oyunun taleyini həll edib.

BAKI, 25 mart - Sputnik. Futbol üzrə Azərbaycan milli komandası tarixində 12-ci dəfə avtoqola imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, bu, dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Portuqaliya ilə oyununda baş verib. Bu da oyunun taleyini həll edib. 

Görüşün 36-ci dəqiqəsində millimizin kapitanı Maksim Medvedev avtoqol müəllifi olub. Bu, kapitanın millinin heyətində 2-ci avtoqolu kimi tarixə düşüb. O, 2018-ci ildə Belarusla yoldaşlıq görüşündə də topu öz qapımızdan keçirməklə hesabı açmışdı.

M.Medvedevədək yığmamız 11 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.

Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev və Anton Krivotsyuk da avtoqol müəllifi olublar. 

Xatırladaq ki, yığma komandamız seçmə mərhələnin "A" qrupunda Portuqaliya millisi ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. O, A qrupunda Serbiya, İrlandiya və Lüksemburq komandaları ilə də mübarizə aparacaq. Yığmamız növbəti oyununu martın 30-da Bakıda Serbiya seçməsinə qarşı keçirəcək.

Əsas mövzular