11:40 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
İDMAN
Qısa URL
1354 0 0

"Bu pis zamanlardan dolayı dəfndə iştirak edə bilmədim. Şərait yaranan kimi biz anım günü keçirəcəyik", - məşqçi deyib. 

BAKI, 10 fevral - Sputnik. Tanınmış məşqçi Yurgen Kloppun anası Elizabet 81 yaşında vəfat edib. Ancaq Klopp dəfnə gedə bilməyib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Klopp anasıyla sonuncu dəfə onun 80 yaşı tamam olanda görüşüb. 

"O mənimçün hər şey idi. Ən yaxşı anaydı. İmanlı xristian kimi bilirəm ki, indi o, yaxşı məkandadır", - Schwarzwaelder Bote Kloppun sözlərini sitat gətirib. 

Almaniya ilə Böyük Britaniya arasında koronavirusa görə giriş məhdudiyyəti tətbiq olunduğundan "Liverpul"un məşqçisi anasının dəfnində iştirak edə bilməyib. 

"Bu pis zamanlardan dolayı dəfndə iştirak edə bilmədim. Şərait yaranan kimi biz anım günü keçirəcəyik", - məşqçi deyib. 

Qeyd edək ki, 20-yə yaxın ölkə koronavirusun yeni, daha yoluxucu ştammı üzə çıxandan sonra, ötən il dekabrın 21-dən Böyük Britaniya ilə nəqliyyat və aviasiya əlaqəsini tamamilə dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.

Teqlər:
məhdudiyyət, Koronavirus, COVID-19, Böyük Britaniya, Almaniya, dəfn, ana, məşqçi, Yurgen Klop

Əsas mövzular