Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mesut Özil: "Azərbaycana təşəkkür edirəm" - VİDEO

© AFP 2023 / OZAN KOSEМесут Озил, фото из архива
Месут Озил, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
33 yaşlı türk yarımmüdafiəçi Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

BAKI, 27 yanvar - Sputnik. "Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan Elçin Cəfərovun sualına cavab olaraq Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.

Xəbər lenti
0