Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dastin Porye Konor Makqreqoru məğlub edib - VİDEO

© REUTERS / Jeff Bottari / Handout Photo via USA TODAY SportsБой между Конором МакГрегором и Дастином Порье
Бой между Конором МакГрегором и Дастином Порье - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.

BAKI, 24 yanvar - Sputnik.  Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüş başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Əbu-Dabidə keçirilən döyüşdə Dastin Porye qələbə qazanıb.

Döyüş ikinci raundda texniki nokautla qurtarıb. Bu, Makqreqorla Porenin ikinci qarşılaşmasıdır. Onlar altı il əvvəl də döyüşüblər, həmin vaxt irlandiyalı qələbə qazanıb.

Makqreqor UFC-də 22 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub. Porye 27 döyüşdən qalib ayrılıb, 6 dəfə məğlubiyyətlə üzləşib.

Daha əvvəl bildirilib ki, karyerasını başa vurmuş Həbib Nurməhəmmədov Makqreqor-Porye döyüşünün qalibi ilə qarşılaşa bilər.

Xəbər lenti
0