07:41 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
107 0 0

Şahmatçı deyib ki, bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada ağ fiqurlarla demək olar ki, düzgün oynamayıb.

BAKI, 3 yanvar - Sputnik. “Matç ağır oldu”.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə qalib gələn Teymur ardıcıl 3 heç-heçədən sonra 4-cü partiyada qələbə qazanıb. O, 3-cü görüşdəki çətinliyini gizlətməyib:

“Bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada mən ağ fiqurlarla demək olar ki, düzgün oynamamışdım”.

Teymur oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala da aydınlıq gətirib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”.

Erməni şahmatçı da qarşılaşma barədə danışıb: “Əlbəttə, mən çox məyusam. Oyuna hazırlıq prosesində səhvə yol vermişdim”.

Aronyan finalın bu gün keçiriləcək ikinci matçına ümidli olduğunu gizlətməyib: “Daha yaxşı oynamağa çalışacağam. Şansımı qaçırmaq istəmirəm. Planım belədir”.

Teqlər:
şahmatçı, şahmat, Teymur Rəcəbov, Teymur Rəcəbov

Əsas mövzular