15:46 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
İDMAN
Qısa URL
9610

Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub. Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

BAKI, 2 yanvar - Sputnik. Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə bitib. Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.

Teqlər:
şahmat, Teymur Rəcəbov

Əsas mövzular