20:59 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
1920

Qeyd edək ki, Canni De Byazi ilə müqavilə 2020-ci il iyulun 30-da imzalanıb. De Byazi həm təyinatı ilə bağlı təqdimatını, həm də Qurban bayramı ilə bağlı təbrikini də azərbaycanca səsləndirmişdi

BAKI, 31 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Azərbaycanı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan bildirir ki, bu münasibətlə italyan baş məşqçi sosial şəbəkədə video paylaşıb və təbrikini də Azərbaycan dilində səsləndirib.

De Byazinin paylaşdığı videoda futbol, futzal, çimərlik futbolu üzrə kişi və qadın komandalarının, U-17, eşitmə qüsurlu futzalçılarımızdan ibarət komandaların üzvləri xalqımıza təbriklərini və xoş sözlərini çatdırıblar.

Qeyd edək ki, Canni De Byazi ilə müqavilə 2020-ci il iyulun 30-da imzalanıb. De Byazi həm təyinatı ilə bağlı təqdimatını, həm də Qurban bayramı ilə bağlı təbrikini də azərbaycanca səsləndirmişdi.

Teqlər:
video, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, təbrik, futbol, Azərbaycan millisi, baş məşqçi, Canni de Byazi

Əsas mövzular