12:29 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
3810

Argentina məhkəməsi bu yaxınlarda Maradonanın meyitinin qorunub-saxlanılması barədə qərar qəbul edib.

BAKI,, 20 dekabr - Sputnik. Argentinalı futbolçu, dünyaca məşhur Dieqo Armando Maradona nəşinin mavzoleydə saxlanılmasını istəyib.

Sputnik Azərbaycan The Sun-a istinadən bildirir ki, o, bunu SSRİ-nin yaradıcısı Vladimir İliç Leninin xatirəsinə hörmət əlaməti olaraq xahiş edib.

Qeyd olunur ki, Maradona ölümündən bir neçə gün əvvəl vəkili Mariya Bodriyə bu arzusunu bildirib.

“Maradonanın pərəstişkarları onu ziyarət edə bilsinlər deyə mavzoleyinin yaradılması planlaşdırılıır. Maradona bu fikri öz qardaşları ilə də müzakirə edib”, - vəkil xanım qeyd edib.

Xatırladaq ki, futbolçu noyabrın 25-də qəflətən vəfat etmişdi. Argentina məhkəməsi bu yaxınlarda Maradonanın meyitinin qorunub-saxlanılması barədə qərar qəbul edib.

Teqlər:
vəkil, mavzoley, Vladimir Lenin, arzu, Argentina, Dieqo Armando Maradona

Əsas mövzular