CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan güləşçisi erməni rəqibini böyük hesabla darmadağın edib

© AFP 2023 / ATTILA KISBENEDEKGüləş üzrə Dünya çempionatının qızıl medalçısı Eldəniz Əzizli, Budapeşt, 26 oktyabr 2018-ci il
Güləş üzrə Dünya çempionatının qızıl medalçısı Eldəniz Əzizli, Budapeşt, 26 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyanı 9:0 hesabı ilə məğlub edib.

BAKI, 13 dekabr - Sputnik. Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. 

Xəbər lenti
0