23:26 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
24 0 0

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyanı 9:0 hesabı ilə məğlub edib.

BAKI, 13 dekabr - Sputnik. Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. 

Əsas mövzular