CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

© AFP 2023 / Glyn KIRKRamil Quliyev
Ramil Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

© Photo : Instagram / grame90Ramil Quliyevin paylaşımının skrinşotu
Dünya çempionu da Qarabağ Azərbaycandır! dedi - Sputnik Azərbaycan
Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

Xəbər lenti
0