15:08 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
65 0 0

Monteneqronun Futbol Assosiasiyası bildirib ki, Andriy Draqoyeviç milli komandanın oyunçusu deyil və onun paylaşımı assosiasiyanın mövqeyini əks etdirmir

BAKI, 12 oktyabr - Sputnik, Teymur Tuşiyev. Monteneqronun Futbol Assosiasiyası Andriy Draqoyeviçin sosial şəbəkədəki təxribatçı paylaşımına reaksiya verib.

Sputnik Azərbaycan bildirir ki, monteneqrolu qolkiper Draqoyeviç  Monteneqro ilə Azərbaycanın UEFA Millətlər Liqasında oyunundan (2:0) sonra Instagram-da paylaşım edərək bu qələbəni Ermənistana həsr etdiyini yazmışdı. Bundan sonra Azərbaycanın Monteneqrodakı səfirliyi bu ölkənin xarici işlər nazirliyinə nota göndərmişdi.  

Hadisə ilə bağlı Monteneqronun Futbol Assosiasiyası məlumat yayaraq bildirib ki, Ermənistanın “Alaşkert” klubunun oyunçusu olan Draqoyeviç Monteneqro millisinin üzvü deyil və nə Monteneqro millisinin, nə də futbol assosiasiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı mövqeyini əks etdirir.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Teqlər:
təxribat, qapıçı, Monteneqro, futbol

Əsas mövzular