15:23 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
11 0 0

Macarıstan futbolçuları üç oyunda ikinci qələbələrini qazanaraq Rusiya millisinə çatmağa çalışırlar.

UEFA Millətlər Liqasının B Liqasında Macarıstan millisi Serbiyaya qalib gəlib.

Rusiya millisinin də oynadığı 3 qrupunun üçüncü turunun oyunu Belqradda baş tutub. Görüş 1:0 hesabı ilə macarların xeyrinə bitib. Qolu Norbert Keniveş (20`) vurub.

Macarlar 6 xalla qrup ikincisidirlər, 1 xal toplayan serblər dördüncü pillədədirlər. Rusiya millisi 7 xalla birinci, Türkiyə 2 xalla üçüncü yeri tutur.

Gələn turda oktyabrın 14-də Macarıstan Moskvada Rusiya ilə, Serbiya isə səfərdə Türkiyə ilə oynayacaq.

Digər oyunların nəticələri:

İsrail – Çexiya – 1:2;

Şimali İrlandiya – Avstriya – 0:1;

Şotlandiya – Slovakiya – 1:0;

Yunanıstan – Moldova – 2:0;

Kosovo – Sloveniya – 0:1

Əsas mövzular