CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ"ın Avropa Liqası qrup mərhələsindəki rəqibləri bilindi

© Photo : Facebook / Qarabağ FK"Qarabağ" klubunun futbolçuları hərbi salam verirlər
Qarabağ klubunun futbolçuları hərbi salam verirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Püşkə görə "Qarabağ"-ın qrup mərhələsindəki rəqibləri "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları olacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup məhələsindəki rəqibləri məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, qrup mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkə görə "Qarabağ"-ın qrup mərhələsindəki rəqibləri "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) klubları olacaq.

Qeyd edək ki, cari mövsümdə mübarizəyə Çempionlar Liqasında başlayan Ağdam klubu Şimali Makedoniyanın "Sileks" (4:0), Moldovanın "Şerif" (2:1) və Norveçin "Molde" (0:0, pen.5:6) klubları ilə görüşüb. Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya" təmsilçimiz 0:3 hesabı ilə rəqibinə qalib gəlib.

Xəbər lenti
0