05:35 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
35 0 0

Azərbaycanın "Neftçi" komandası öz meydanşasında Türkiyənin tanınmış "Galatasaray" klubuna məğlub olub.

BAKI, 17 sentyabr - Sputnik. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyununda Bakının "Neftçi" və İstanbulun "Qalatasaray" ("Galatasaray") klubları Azərbaycan paytaxtında qarşılaşıblar. 

Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda hesabı 19-cu dəqiqədə qonaqların oyunçusu Mbaye Diaqne açıb. Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində, 46-cı dəqiqədə Mamadu Mboc cavab topunu vurub.

Lakin 48-ci dəqiqədə Kristian Luyindama ikinci topu "Neftçi"nin qapısından keçirib. 63-cü dəqiqədə isə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb - 1:3. Oyun bu hesabla başa çatıb və növbəti mərhələyə Türkiyə klubu adlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək. 

Əsas mövzular