08:00 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2710

Bakı “neftçilərinin” baş məşqçisi Avropa Liqasının ikinci təsnifat mərhələsində İstanbulun “Qalatasaray” klubu ilə oyundan gözləntilərini açıqlayıb.

BAKI, 16 sentyabr — Sputnik, Teymur Tuşiyev. Bakının “Neftçi” komandası İstanbulun “Qalatasaray” komandasına qarşı oyunda qələbə üçün minimal şansdan belə yararlanacaq.

Sputnik Azərbaycan bildirir ki, bunu Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov deyib.

F.Məmmədov bildirib ki, İstanbul klubunun zəif və güclü tərəflərini yaxşı öyrənib.

“Hansı rəqibə qarşı oynayacağımızı yaxşı bilirik. Biz “Qalatasaray”ı analiz etmişik, onun zəif və güclü tərəflərini öyrənmişik. Meydana qələbə üçün çıxacağıq. Əgər qələbə üçün yalnız 1% şansımız da olsa, ondan istifadə edəcəyik”, - Məmmədov deyib.

Qeyd edək ki, Məmmədovun yetirmələri Azərbaycan Premyer Liqasındakı son oyunlarını “Sumqayıt”la keçirmiş və 0:2 hesabı ilə məğlub olmuşdular. Buna rəğmən, mütəxəssis hesab edir ki, komandası psixoloji problemlər hiss etmir.

“Düşünmürəm ki, komanda psixoloji quyuya düşüb. Biz sadəcə bir oyunu uduzmuşuq. Ümumilkdə psixoloji durum çox vacibdir. Çalışacağıq, komandanı maksimum səviyyədə hazırlayaq. Komandamızda peşəkar futbolçular var və onlar vacib oyuna necə hazırlaşmağı yaxşı bilirlər”, - Məmmədov vurğulayıb.

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Əlaqədar

Azarkeşlər bu anı illərdir ki, gözləyirdilər, amma...
Fatih Terim "Qalatasaray" oyunçularına "Neftçi"nin zəif və güclü tərəflərini göstərib
“Qalatasaray” üçün Bakıda “sarı-qırmızı” jest – FOTO
“Azərbaycanı sevirəm, özümü burada evimdəki kimi hiss edirəm” – Fatih Terim
Bakının “sarı-qırmızı” qonaqları: “Qalatasaray” sabahkı oyuna necə hazırlaşır – FOTO
Teqlər:
mətbuat konfransı, Bakı, Avropa Liqası, Qalatasaray, Neftçi, futbol

Əsas mövzular