Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rəcəbov öz akademiyasını yaradır

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidАзербайджанский гроссмейстер Теймур Раджабов, фото из архива
Азербайджанский гроссмейстер Теймур Раджабов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qrossmeysterin sosial şəbəkədəki izləyicilərinin 70%-i təşəbbüsü dəstəkləyib, rəyi soruşulanların dörddə biri isə öncə dünya çempionu olmağı məsləhət görüb

BAKI, 9 sentyabr — Sputnik, Teymur Tuşiyev. Qrossmeyster Teymur Rəcəbov özünün onlayn şahmat akademiyasını yaratmaq haqda düşünür. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rəcəbov Twitter səhifəsində yazıb.

2019-cu ildə Xantı-Mansidə Dünya Kubokunun qalibi olan şahmatçı səhifəsində sorğu yerləşdirərək izləyicilərindən onlayn şahmat akademiyasının yaradılmasına münasibətləri ilə maraqlanıb. Təxminən beş minə yaxın insanın iştirak etdiyi səsvermədə əksəriyyət (69%) bu fikri dəstəkləyib. Rəyi soruşulanların 25%-i isə ancaq çempion olduqdan sonra akademiya açmağı daha ağlabatan hesab edib. 6% isə ümumiyyətlə hesab edib ki, şahmatçıya öz akademiyasını təsis eləmək hələ tezdir.

​Maraqlıdır ki, şəxsi akademiya açmaq fikri Rəcəbovun ağlına birinci dəfə gəlmir. Ötən il, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə mətbuat konfranslarından birində də o bu arzusunu dilə gətirmişdi.

“Mən şahmatçı karyeramı davam etdirirəm, amma şahmat akademiyası yaratmaq niyyətimi də gizlətmirəm. Orada gənc şahmatçılar məşğul ola, mən də öz təcrübəmi onlarla bölüşə bilərəm. Bu məsələyə peşəkarcasına yanaşmaq istəyirəm”, - Rəcəbov o zaman demişdi.

Qeyd edək ki, bu ilin may ayının sonunda şahmatçı YouTube videohostinqində öz kanalını yaradıb. Orada Rəcəbov planetin aparıcı şahmatçıları ilə görüşlərinin xülasəsini yerləşdirir, eləcə də müxtəlif şahmat turnirlərini şərh edir. Üç ay ərzində onun YouTube kanalına 36.3 min nəfər yazılıb.

 

Xəbər lenti
0