Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldo vurduğu qollarla azərbaycanlının rekorduna yaxınlaşır

© © TT News Agency/ Janerik Henriksson via REUTERSКриштиану Роналду, фото из архива
Криштиану Роналду, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliyalı yalnız İran yığmasının sabiq forvardı milliyyətcə azərbaycanlı olan Əli Daeidən geri qalır.

BAKI, 9 sentyabr - Sputnik. Hücumçu Kriştianu Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoyub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu Millətlər Liqasının İsveçlə səfər matçında dubla imza atıb.

2:0 hesablı qələbə zamanı vurulan ilk top yığmada 100-cü, ikinci isə 101-ci qol olub.

Bununla da Ronaldo futbol tarixinə millidəki qol sayında 100-ü fəth edən ikinci oyunçu kimi düşüb.

Portuqaliyalı yalnız İran yığmasının sabiq forvardı milliyyətcə azərbaycanlı olan Əli Daeidən geri qalır. Soydaşımızın aktivində 109 qol var.

Xəbər lenti
0