Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kiprlə oyunda meydana qələbə üçün çıxacağıq – De Byazi

© Sputnik / Murad OrujovГлавный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи, фото из архива
Главный тренер сборной Азербайджана по футболу Джанни Де Бьязи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Kiprə qarşı oyunda kapitan dəyişikliyini istisna etməyib

BAKI, 7 sentyabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan yığması Kipr komandasına qarşı oyuna qələbə üçün çıxacaq. Sputnik Azərbaycan bildirir ki, bunu millimizin baş məşqçisi Canni De Byazi oyunöncəsi mətbuat konfransında  deyib.

Futbol üzrə Azərbaycan millisi sentyabrın 8-də UEFA-nın Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr komandasının qonağı olacaq. Bakıdakı birinci oyunda futbolçularımız Lüksemburqa 1:2 hesabı ilə uduzmuşdular.

İtalyan mütəxəssis qeyd edib ki, növbəti oyuna onun yetirmələri qələbə üçün çıxacaqlar.

“Təəssüf ki, öncəki matçda uduzduq, amma Kipr komandası da Monteneqroya 0:2 hesabı ilə yenilib. Oyun çətin olacaq, amma sahəyə qələbə üçün çıxacağıq”, - De Byazi deyib.

Mütəxəssis hesab edir ki, evdə uduzduqdan sonra futbolçularımız psixi təzyiq hiss edə bilərlər. Amma De Byazi komandaya inandığını və futbolçuların Bakıda olduğundan daha yaxşı oynayacaqlarına ümid etdiyini deyib.

Kiprlə oyundan əvvəl belə söhbətlər gəzir ki, millimizin kapitanı dəyişə bilər. Bakıdakı ilk matçda kapitan sarğısı “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevdə idi. Ancaq onun oyundan sonrakı hərəkəti azarkeşlərdə qıcıq yaradıb. CBC Sport-a canlı yayımda müsahibə verən futbolçu sonra jurnalistdən gülərək soruşub: “Yaxşı alındı?”

Kapitan dəyişikliyinin mümkünlüyünə elə De Byazi özü eyham vurub. Məlum olub ki, sən demə, komandamızda iki kapitan varmış.

“Bizim iki kapitanımız var. Mən Maksimlə Qara Qarayevə etibar edirəm. Maksimi Lüksemburqla oyundan sonrakı şənliyinə görə qınayırlar, o isə sadəcə müsahibənin yaxşı alınıb-alınmadığı ilə maraqlanıb. O bizim kapitanımızdır”, - De Byazi deyib.

 

Xəbər lenti
0