22:19 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
38840

Bakının "Keşlə" klubunun legioneri Aleşandre Kriştovao Azərbaycandan özbaşına getdiyinə görə ən azı bir aylıq maaşını itirə bilər

BAKI, 7 sentyabr — Sputnik, Teymur Tuşiyev. Bakının "Keşlə" futbol klubunun anqolalı hücümçusu Aleşandre Kriştovao öz klubunun razılığı olmadan Azərbaycan ərazisini tərk edərək Niderlanda yollanıb. Bu barədə Sputnik Azərbaycan-a klubdan məlumat veriblər.

"O, uzun müddətdir yaxınları ilə görüşmək, bəzi işlərini yoluna qoymaq istəyirdi. Lakin koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğundan bunu edə bilməyib. Klub da ölkəni tərk etməyə icazə verməyib. Amma o, başqa qərar verib", - deyə "Keşlə"dən bildiriblər.

Futbolçunun cəzalandırılmasına dair qərar bazar ertəsi və ya çərşənbə axşamı qəbul ediləcək. Üstəlik, cəzanın sərtliyi futbolçunun nə qədər tez əlaqə quracağından və klubun bazasına qayıdacağından asılıdır.

Kriştovao ya bir neçə məşqdə olmadığına görə cərimə olunacaq, ya da onunla müqavilə pozulacaq. Bu zaman klub forvarddan pul kompensasiyası tələb edə bilər.

"İstənilən halda Kriştovao cəzalandırılacaq. Əgər o, bu gün və ya sabah qayıtsa, bir və ya iki aylıq maaşını almayacaq, yəni müəyyən vaxt ərzində pulsuz oynayacaq", - deyə klubdan əlavə ediblər.

Kriştovao "Keşlə"nin əsas heyətinin oyunçusudur. Azərbaycan Premyer Liqasının ilk turunda "Sumqayıt" (1:0) və Avropa Liqasının ilk təsnifat mərhələsində Albaniyanın "Laçi" (0:0, penalti seriyası-4:5) komandalarına qarşı matçlarında iştirak edib.

Əlaqədar

Azarkeşlər bu anı illərdir ki, gözləyirdilər, amma...
Müsəlman futbolçuya fantastik təklif – Gəl, səni şahzadə edək
Braziliyalı ulduz futbolçu koronavirusa yoluxdu
Azərbaycan millisinə çağırılan futbolçu Ermənistanda oynayacaq
Messi koronavirus testindən keçdi

Əsas mövzular