Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cokoviç üzr istəyir, amma xeyri olmayacaq. İdmançı hakimi topla belə vurdu – VİDEO

© AP Photo / Seth WenigНовак Джокович
Новак Джокович - Sputnik Azərbaycan
Abunə olmaq
Serbiyalı tennisçi hərəkətinə görə "Instagram" səhifəsində qadın hakimdən üzr istəyib. Cokoviç bildirib ki, bu vəziyyət "ona kədər və boşluq hissi gətirib"

BAKI, 7 sentyabr — Sputnik. Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç xətt hakimini topla vurduğuna görə tennis üzrə ABŞ açıq çempionatından diskvalifikasiya edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Cokoviç bazar günü ispaniyalı rəqibi Pablo Karrenyo-Bustaya qarşı dördüncü raundun oyununu keçirib. Matç ilk setdə ispaniyalının xeyrinə 6:5 hesabı ilə dayandırılıb.

Belə ki, Cokoviç oturmağa hazırlaşarkən baxmadan topa raketka ilə zərbə vurub. Nəticədə top xətt hakiminə dəyib, o isə qışqıraraq yerə yıxılıb.

Qaydalara uyğun olaraq, Cokoviç idmançıya yaraşmayan davranışa görə diskvalifikasiya edilib.

Sonradan serbiyalı tennisçi hərəkətinə görə "Instagram" səhifəsində qadın hakimdən üzr istəyib. Cokoviç bildirib ki, bu vəziyyət "ona kədər və boşluq hissi gətirib".

"Hakimin özünü necə hiss etdiyini soruşdum və Tanrıya şükür, o, yaxşıdır. Ona belə bir stress yaşatdığıma görə utanıram, amma bunu bilərəkdən etmədim", – turnirdən qovulmuş idmançı qeyd edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Novak Djokovic (@djokernole)

O, bu cür davranışın qəbuledilməz olduğunu vurğulayıb. Tennisçi əlavə edib ki, diskvalifikasiyadan dərs çıxarmağa çalışacaq. Cokoviç turnirin digər iştirakçılarından da üzr istəyib və azarkeşlərə dəstək üçün təşəkkürünü bildirib.

Xəbər lenti
0