CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı idmançılar əcnəbi həmkarlarından ciddi şəkildə geri qala bİlərlər - SƏBƏB

© Photo : Facebook / Dilaver NajafovАзербайджанский борец вольного стиля Гаджи Алиев
Азербайджанский борец вольного стиля Гаджи Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı idmançıların əksəriyyəti qapalı məkanlarda məşqlərə qoyulan qadağaya görə hazırlığını tam olaraq apara bilmir.

BAKI, 6 sentyabr — Sputnik, Teymur Tuşiyev. Koronavirus pandemiyası ucbatından hələ də qapalı idman zallarında məşq edə bilmədiklərinə görə Azərbaycan idmançıları xaricdəki həmkarlarından hazırılıq səviyyəsi baxımından ciddi surətdə zəif düşə bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, bir çox xarici ölkələrdə koronavirus pandemiyasına baxmayaraq, idmançılara qapalı məkanlarda məşq etməyə icazə verilib. Eyni zamanda Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki idmançılara belə bir icazə verilməyib.

Lakin ölkəmiz üçün ənənəvi sayılan güləş və boks kimi idman növlərində açıq havada tam şəkildə məşq etmək mümkün deyil.

Lakin müxtəlif idman növləri üzrə milli yığmalarının üzvlərinin zallarda təlim-məşq toplantısı keçirmək imkanları var. Bundan ötrü milli federasiyalar Gənclər və İdman Nazirliyinə bu qurumun balansında olan olimpiya komplekslərindən birində toplantı keçirmək barədə müvafiq sorğu göndərirlər.

Toplantılar başlamamışdan öncə bütün iştirakçılar koronavirus testi verməlidirlər, məşqlər isə idmançıların karantin qaydalarına əməl etməsi şərtilə keçirilməlidir, federasiyalar isə idmançıların sağlamlıq vəziyyəti ilə bağlı gündəlik hesabat göndərməlidirlər.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın bildirdiyinə görə, bir sıra idman növlərinin təmsilçilərindən belə müraciətlər daxil olub.

Lakin Azərbaycan boksçuları bu belə bir imkandan hələlik istifadə etməyiblər. Belə ki, Azərbaycanın boks üzrə yığma komandasının böyüş məşqçisi Nəriman Abdullayev qeyd edib ki, bu günlər boksçular Tofiq Bəhramov adına Respublika stadionunda açıq havada məşq edirlər.

"Hələlik boksçularımızın hansı turnirdə çıxış edə biləcəkləri məlum deyil, lakin açıq havada məşq edərək formamızı qoruyuruq. Bütün bu vaxtı yatmaq olmaz axı. Stadionda bizdən əlavə, yüngül atletlər, basketbolçular, voleybolçular məşq edirlər", - Abdullayev bildirib.

Qaoalı məkanlarda məşqə dair nazirliyə müraciətə gəldikdə isə, məşqçi vurğulayıb ki, onlara belə bir imkan barədə məlumat verilməyib.

Məşqçinin fikrincə, açıq havada tam normal məşq etmək mümkün deyil.

"Əlbəttə ki, fərq böyükdür, açıq havada zalda olan inventardan istifadə etmək mümkün deyil. Əcnəbi həmkarlarımızdan nə qədər geri qaldığımızı deyə bilmərəm, lakin bu geri qalma ciddi ola bilər", - Abdullayev hesab edir.

Nazirliyin idmançılar üçün tam məşq imkanı yaratması üzrə səyləri kifayət etməyə bilər, çünki idmançılar yalnız toplantılar zamanı hazırlaşmırlar, zallarda gündəlik məşqlər də çox vacibdir.

Bundan əlavə, milli yığmalara düşməyən, lakin normal məşq etsələr ora düşəcək idmançıları da yaddan çıxarmaq lazım deyil. Hazırkı qadağa şəraitində onların yığmaya düşmək şansları xeyli azalır. Ümid edirik ki, yaxın vaxtlarda Operativ Qərargah bu qadağanı götürəcək.

Güləş sahəsində də təxminən eyni vəziyyət yaranıb. Pəhləvanların əksəriyyəti qapalı məkanlarda döşək üzərində məşq imkanından məhrum olub. Lakin sərbəst güləş milli yığmanın bir hissəsi başda baş məşqçi Zəlimxan Hüseynov olmaqla hazırda Mahçqaladadırlar və qapalı məkanda məşq edirlər.

Xəbər lenti
0