Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Hələ Tokionu yola verməmiş, 8 il sonrakı Olimpiadanın loqotipi gəldi

© AFP 2023 / FABRICE COFFRINIЛоготип Олимпийских игр, фото из архива
Логотип Олимпийских игр, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Loqotipin yaradılması üçün fiqurlu konkisürən Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini bölüşüblər

BAKI, 2 sentyabr — Sputnik. Los-Ancelesdə 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarının loqotipi təqdim olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yarışların təşkilat komitəsinin saytında məlumat verilib. Emblemdə L və A hərfləri ilə 28 rəqəmi təsvir olunub. Şəhərin müxtəlif hekayələrinin rəmzi olan A hərfinin 26 variantı var və o daim dəyişəcək.

Qeyd olunur ki, loqotipin yaradılması üçün fiqurlu konkisürən Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini bölüşüblər.

​Los-Anceles tarixində üçüncü dəfə Olimpiadanı qəbul edəcək. Orada 1932-ci və 1984-cü illərdə Olimpiya Oyunları keçirilib.

2032-ci ildə isə Qətər Olimpiada keçirmək niyyətindədir. 

Bu il Yaponiyada, Tokioda keçirilməsi nəzərdə tutulan Olumpiya Oyunları koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınıb.

Xəbər lenti
0