23:21 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
45030

Avqustun 18-də Makedoniyanın "Sileks" klubunu Tofiq Bəhramov adına stadionda 4:0 hesabı ilə məğlub edən "Qarabağ" birbaşa ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Budəfəki qələbəsi də, qaydaya görə, çempionumuzu növbəti mərhələyə daşıyıb

BAKI, 26 avqust — Sputnik. Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sputnik Azərbaycan bildirir ki, "Qarabağ"ımız ÇL-in ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda və azarkeşsiz keçirilən oyunda Ağdam klubu əzmli qələbə qazanıb.

Hesabı 22 dəqiqədə "Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Uroş Matiç açıb. Onun penaltidən yerinə yetirdiyi zərbə dəqiq olub. İkinci qol fasilədən sonra, 63-cü dəqiqədə Mahir Emrelidən gəlib. Oyunun sonuna 12 dəqiqə qalmış yenicə meydana daxil olan Frank Kastaneda "Şerif"ə 1 qol qazandırıb.  

Qeyd edək ki, avqustun 18-də Makedoniyanın "Sileks" klubunu Tofiq Bəhramov adına stadionda 4:0 hesabı ilə məğlub edən "Qarabağ" birbaşa ÇL-in ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Budəfəki qələbəsi də, qaydaya görə, çempionumuzu növbəti, III təsnifat mərhələsinə daşıyıb.

"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. 

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

“Qarabağ” (Azərbaycan) 2 – 1 “Şerif” (Moldova)

Qollar: Uroş Matiç, 22 (pen.); Mahir Emreli, 63, Frank Kastaneda, 78
Qırmızı vərəqə: Anatoli Abanq, 37

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

“Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban

Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien

Baş məşqçi: Zoran Zekiç

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Əsas mövzular