14:55 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
219531

UEFA-nın qərarına əsasən, təsnifat mərhələləri bir oyundan ibarət olduğundan bugünkü matçın qalibi II təsnifat mərhələsinə adlayacaq

BAKI, 18 avqust — Sputnik. Bu gün Azərbaycanın futbol azarkeşləri üçün ikiqat bayramdır. Həm mart ayından koronavirus pandemiyası səbəbindən dayandırılan futbol oyunları bərpa olunub, həm də ölkədə minlərlə azarkeşi olan Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk oyununda qələbə qazanıb.

Sputnik Azərbaycan bildirir ki, "Qarabağ" Şimali Makedoniyanın "Sileks" klubunu Tofiq Bəhramov adına stadionda qəbul edib.

UEFA-nın qərarına əsasən, təsnifat mərhələləri bir oyundan ibarət olduğundan bugünkü matçın qalibi II təsnifat mərhələsinə adlayacaq. "Qarabağ" boş tribunalar önündə oynamasına baxmayaraq oyunda 4 cavabsız top vuraraq qalib gəlib.

© Photo : REPORT
"Qarabağ" - "Sileks" matçı

Hesabı 11-ci dəqiqədə Xayme Romero açıb. Donald Gerye isə 40-cı və 51-ci dəqiqələrdə fərqlənərək dubl edib. Oyunun sonuna 10 dəqiqə qalmış Mahir Əmrəli 4-cü topu qonaqların qapısından keçirib.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qollar: Romero, 11, Gerye, 40, 51, Emreli, 80

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 18. İmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli,
Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski
Baş məşqçi: Qoran Simov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 

Teqlər:
qələbə, futbol, Çempionlar Liqası, "Qarabağ" FK

Əsas mövzular