Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Pandemiyalı çətin bir mövsüm: İngiltərə Premyer Liqası başa çatdı

© AFP 2023 / PAUL ELLIS"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba
Mançester Yunaytedin yarımmüdafiəçisi Pol Poqba - Sputnik Azərbaycan
Abunə olmaq
Çempion "Liverpul" bu tur səfərdə "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edərək, 99 xal toplayıb. İkinci yeri "Norviç"i 5:0 hesabı ilə yenərək, xalını 81-ə çatdıran "Mançester Siti" tutub.

BAKI, 26 iyul – Sputnik. Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizəyə yekun vurulub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, XXXVIII turda əsas diqqətlər "Lester" - "Mançester Yunayted" matçına yönəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Футболисты ФК Барселона, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Böyük bazar! “Barselona” eyni anda 12 futbolçusunu satacaq

Qolları 71-ci dəqiqədə Brunu Fernandeş və 90+8-ci dəqiqədə Cessi Linqard vurub. Bununla da "qırmızı şeytanlar" xallarını 66-ya çatdıraraq, Çempionlar Liqasına üçüncü vəsiqənin sahibi olublar. Dördüncü vəsiqəyə isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə yenən "Çelsi" eyni xalla sahib çıxıb. Bu görüşdə isə qolları 45+1-ci dəqiqədə Meyson Maunt və 45+4-cü dəqiqədə Olivye Jiru vurub. 

Çempion "Liverpul" bu tur səfərdə "Nyukasl"ı 3:1 hesabı ilə məğlub edərək, 99 xal toplayıb. İkinci yeri "Norviç"i 5:0 hesabı ilə yenərək, xalını 81-ə çatdıran "Mançester Siti" tutub. 

"Lester" 62 xalla 5-ci, "Kristal Pelas"la səfərdə 1:1 hesablı bərabərə qalan "Tottenhem" 59 xalla 6-cı olub. Hər iki komanda Avropa Liqasına yüksəlib. 

"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviçin müqavilə üzrə məxsus olduğu "Bornmut" bu tur səfərdə "Everton"a 3:1 hesabı ilə qalib gəlsə də, 34 xalla 18-ci yeri tutub. Nəticədə "Bornmut" eyni xala malik "Uotford" və 21 xalı olan "Norviç"lə birgə Premyer Liqanı tərk edib.

Xəbər lenti
0