17:34 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
16 0 0

Klubun satışa çıxartmağa hazırlaşdığı futbolçular arasında komandanın əsas heyətində yer alan aparıcı oyunçular da var

BAKI, 24 iyul – Sputnik. "Barselona" mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyə hazırlaşır.

Sputnik Azərbaycan-ın "Marca"ya istinadla məlumatına görə, Kataloniya klubu transferə çıxarılacaq futbolçuları artıq müəyyənləşdirib.

Mövsüm başa çatdıqdan sonra konkret olaraq 12 oyunçu La Liqa klubunu tərk edə bilər. Rəhbərlik Neto, Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Braytvaytla vidalaşmağın yollarını axtarır. Klub həmçinin icarədə olan Karles Alena, Rafinya, Jan-Kler Todibo və Filipp Koutinyo üçün də təkliflər gözləyir.

Qeyd edək ki, "Barselona" La Liqada geridə qalan mövsümü ikinci pillədə tamamlayıb.

Əsas mövzular