Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qırğızıstanlı döyüşçü: "Həmişə UFC döyüşlərinə Azərbaycan papağında çıxacağam"

© Photo : Instagram / rafael_ataman_fizievРафаэль Физиев, фото из архива
Рафаэль Физиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qırğızıstanlı Azərbaycan əsilli qarışıq döyüş növlərinin (MMA) döyüşçüsü Rafael Fiziyev həmişə UFC-dəki döyüşlərinə Azərbaycan papağını geyinmək fikrindədir. Qeyd edək ki, Fiziyev dünyanın ən nüfuzlu döyüşçü təşkilatında çıxış edən yeganə azərbaycanlıdır.

BAKI, 24 iyul, Teymur Tuşiyev, Sputnik Azərbaycan. Qırğızıstanlı Azərbaycan əsilli qarışıq döyüş növlərinin (MMA) döyüşçüsü Rafael Fiziyev həmişə UFC-dəki döyüşlərinə Azərbaycan papağını geyinmək fikrindədir. Qeyd edək ki, Fiziyev dünyanın ən nüfuzlu döyüşçü təşkilatında çıxış edən yeganə azərbaycanlıdır.

Азербайджанский борец вольного стиля Туран Байрамов - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan güləşçisi son saniyələrdə dünya çempionu olub - VİDEO

Bu günlərdə idmançı Abu-Dabidə (BƏƏ) özünün Mütləq Döyüşçü Çempionatında (UFC) üçüncü döyüşünü keçirib və və britaniyalı döyüşçü Mark Diakezi üzərində qələbə qazanıb. Hələ də Abu-Dabidə olan Fiziyev keçirilmiş döyüş barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

- Keçirilən döyüşdən təəssüratlarınızı bölüşün.

- Biz döyüşün asan olmayacağını gözləyirdik, çünki rəqim güclü idi, məsafəni yaxşı hiss edirdi, zərbələri yaxşı idi və ümumilikdə yaxşı döyüşürdü. Ona görə də biz əsasən buna hazır idik və nəticədə mən bir az güclü oldum.

- Rəqib sizi nə iləsə təəccübləndirdi?

- Yəqin mənim zərbələrimə tab gətirməsi ilə. Zərbələrim o qədər güclü idi ki, onların səsi zalda və yayım zamanı yaxşı eşidilirdi. Bilmirəm o nə yemişdi, amma korpusa dəyən zərbələrə yaxşı dözürdü.

- Siz həmçinin döyüş zamanı "Matrisa" filmindən məşhur fəndi işlətməklə yadda qalmısınız...

- Hə, bu fəndi mən hələ 2017-ci ildən tətbiq edirəm. Hələ muay-tayda elə döyüşürdüm, alınanda özümə ləzzət edir, hamının xoşuna gəlir.

- "Matrisa" filmi sizə elə təsir edib?

- Mən o filmi görməmişəm heç (gülür). Bu sadəcə tay boksunun baza faəndidir.

- Döyüş zamanı rəqiblə danışırsınız. Ona nə deyirsiniz?

- Mən döyüş zamanı rəqiblə danışmağı, öz hərəkətlərinə bir qədər şərh verməyi xoşlayıram. Zərbəm tutanda deyirdim: "Afərin, yıxılmadın". Ya da o zərbə vurmağa hazırlaşamda deyirdim: "Dayan. Neyləmək istədiyini özün də görürsən". Döyüşün gedişində onunla məzələnirdim.

Забит Самедов, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Əlcəyi divardan asmağın vaxtı deyil – Zabit Səmədov döyüşünü Bakıda keçirəcək

- Sizcə, bu ona mane olurdu?

- Əlbəttə, bu kiməsə mane ola bilər, başqası isə buna heç fikir də vermir. Amma mənim sonuncu rəqibimə bu dəqiq mane olurdu, çünki o mən hər dəfə nəsə deyəndə özünü itirirdi.

- O sizə cavabında nəsə deyirdi?

- Yox. O sadəcə bir az gülümsünürdü və özünü itirirdi.

- Yeri gəlmişkən, oyundan sonrakı müsahibələrindən birini Azərbaycan papağı geyinərək vermisiniz…

- Mən ilk dəfədir ki, elə papaq geyirdim. Onu mənə Azərbaycandan olan qardaşlarım hədiyyə ediblər. Papağı Aqşin Babayev hədiyyə edib. Çoxdan Azərbaycan papağı ilə müsahibə vermək istəyirdim, lakin elə papağım yox idi. İndi onu həmişə geyinəcəm. Bu papaq həm də mənim "AtamZabit Səmədovan" ləqəbimi vurğulayır. Mən hərbi mövzunu çox sediyim üçün bu ləqəbi mənə tay boksu üzrə ilk məşqçim Pavel Fedorov vermişdi. Həm də özüm də zabitəm. Papaq həm də Azərbaycanın milli baş geyimi olduğuna görə mənim üçün çox qiymətlidir.

- Oyundan sonrakı müsahibədə belə bir ifadə işlətdiniz: "Azərbaycan, həqiqət kimin tərəfindədirsə, o da güclüdür". Bunu nə anlamda dediniz?

- Həqiqətən, mən hesab edirəm ki, həqiqət Azərbaycanın tərəfindədir. Bu sözləri mən Azərbaycan və Ermənistan arasındakı gərginliyə görə işlətdim. Yeri gəlmişkən, Azərbaycandan olan bir çox qardaşlarım məni qələbə münasibəti ilə təbrik etdilər, buna görə onlara çox minnətdaram.

- Azərbaycana səfər etmisinizmi?

Fuad Aslanov - Sputnik Azərbaycan
İDMAN
Olimpiya mükafatçısı: "İdmançıların formada qalacağına inanmıram" - Karantinin fəsadları

- Mən heç vaxt Azərbaycanda olmamışam, lakin bir gün mütləq orada olacağam.

- Sizin döyüşünüz indi UFC turnirlərinin mərkəzi keçirilmə yerinə çevrilən yeni döyüş adasında baş tutdu. Orada şərait necədir?

- Əla şərait və otel var. Turnir iştirakçılarının özlərini rahat hiss etməsi üçün hər şeyi ediblər. Koronavirus pandemiyası ilə əlaqədar bizi tez-tez simptomlara görə yoxlayırdılar. Məsələn, məni virusa görə beş dəfə yoxladılar.

- UFC-də gələcək planlarınız nədir?

- Ümid edirəm ki, yaxın vaxtlarda yeni döyüş müqaviləsini imzalayacağam. Yeni ilədək bu təşkilatın əqidəsi altında daha bir döyüş keçirmək istəyirəm.

- UFC-nin çempionu titulu uğrunda döyüşməyi planlaşdırırsınız?

- Titula qədər hələ çox var. Mənim üçün indi əsas məqsəd UFC-də möhkəmlənməkdir. Sonuncu döyüşdə özümü yaxşı tərəfdən göstərə bildim. İndidən belə də daha yaxşı çıxış etməyə, qarışıq döyüş növlərinin həvəskarlarının yadında qalmağa çalışacağam.

Xəbər lenti
0