01:44 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1071 0 0

Bakının "Keşlə" klubunun sabiq futbolçusu Ruslan Qurbanov yalnız idman sahəsində inkişaf etmək istəmir. Ona görə də kitablar oxuyur və geyim mağazası açmağı planlaşdırır.

BAKI, 9 iyul - Sputnik, Teymur Tuşiyev. Azərbaycan yığmasının və Bakının "Keşlə" futbol klubunun sabiq oyunçusu Ruslan Qurbanov biznesə idman geyimlərinin satışından başlayıb və elektron kommersiya ilə məşğul olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə futbolçu "Instagram" səhifəsində yazıb.

Qurbanov qeyd edib ki, hazırda azad agentdir, yəni hər-hansı klubla müqavilə öhdəliyi yoxdur.

Futbolçunun Bakının "Keşlə" klubu ilə müqaviləsi hazırkı mövsümdə başa çatıb və uzadılmayıb. Hazırda Qurbanov fərdi məşq və kitab oxumaqla yanaşı, idman geyimlərinin satışı ilə də məşğul olur.

"Onlayn əşyalar satıram, hamısı orijinalın eynisidir. Hazırda müştərilərimin sayı çox deyil, amma məndən mal götürənlərin hamısı razıdır. Gələcəkdə öz mağazamı açmağı planlaşdırıram", - deyə Qurbanov yazıb.

Paytaxt klubu ilə müqaviləsi başa çatdıqdan sonra Azərbaycan yığmasının sabiq oyunçusu yalnız futbolda özünü göstərmək istəmir.

"Vaxtımı itirmirəm və yalnız futbolda deyil, digər sahələrdə də inkişaf etmək istəyirəm. Bilirəm ki, çətin olacaq və çox səy göstərmək lazımdır, amma necə deyərlər, əmək sərf etmədən hovuzdakı balığı belə tuta bilməzsən", - deyə idmançı əlavə edib.

Xatırladaq ki, Qurbanov ötən mövsüm başlamazdan əvvəl "Keşlə"yə keçib, bundan əvvəl isə "Səbail" (2018-19) və "Qəbələ" (2016-18) klublarının rənglərini müdafiə edib.

Əsas mövzular