Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həbib Nurməhəmmədova ağır itki üz verdi

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidHəbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov, arxiv şəkli
Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Çeçen xalqının adından Abdulmanap Maqomedoviçin ailəsinə öz səmimi başsağlığımı çatdırıram!" - Ramzan Kadırov

BAKI, 3 iyul — Sputnik. Qarışıq döyüş növləri (UFC) üzrə çempion Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov öz "Telegram" səhifəsində yazıb.

"Abdulmanap Nurməhəmmədovun ölümü ilə bağlı kədərli xəbərlər mənə də çatdı. Çeçen xalqının adından Abdulmanap Maqomedoviçin ailəsinə öz səmimi başsağlığımı çatdırıram! O, özündən sonra yaxşı ad qoydu və layiqli bir nəsil yetişdirərək bizi tərk etdi. Allahın iradəsi, yazısı belədir!"

Xəbər lenti
0