Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərə Premyer Liqası bu gün qayıdır - amma bir qədər fərqli

© REUTERS / Toby Melville / File photoНападающий «Ливерпуля» Мохамед Салах пробивает пенальти в ворота Тоттенхэма
Нападающий «Ливерпуля» Мохамед Салах пробивает пенальти в ворота Тоттенхэма - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol sevərlər, gözünüz aydın! Bu gün İngiltərə Premyer Liqası qayıdır... amma tamaşaçısız və oyunçu adları olmadan.

BAKI, 17 iyun — Sputnik. Koronavirus pandemiyasına görə yaranmış 100 günlük fasilədən sonra İngiltərə Premyer Liqası bu gün "Aston Villa" və "Şeffild Yunayted" klubları arasında oyun ilə bərpa olunacaq.

Sputnik Azərbaycan BBC Sport-a istinadən xəbər verir ki, bu oyun 40 gün ərzində iyulun 26-a kimi, yəni mövsümünün bitməsinə qədər keçiriləcək 92 matçdan birincisidir.

Sənan Şəfizadə - Sputnik Azərbaycan
Futbol üzrə Azərbaycan çempionatı bərpa edilə bilərmi – Sənan Şəfizadə danışır

Bu gün həmçinin "Mançester Siti" və "Arsenal" klubları görüşəcək.

Matçlar koronavirus infeksiyasının yayılma hallarının qarşısını almaq üçün qapalı qapılar arxasında keçiriləcək.

Matçlardan əvvəl koronavirusdan həlak olanların xatirəsinə sükut dəqiqəsi baş tutacaq.

Bundan başqa, yenidən başlamış çempionatın ilk 12 matçında oyunçuların köynəklərinin arxa tərəfində onların adlarının əvəzinə "Black Lives Matter" sözləri olacaq. Bu, Birləşmiş Ştatlarda və bütün dünyada irqçilik əleyhinə etirazlara səbəb olmuş afroamerikalı Corc Floydun ölümü ilə bağlıdır.

Premyer Liqa oyunçuları və heyəti səkkiz mərhələdə həftədə iki dəfə koronavirus testindən keçib. 8687 testdən 16-nın nəticəsi müsbət olub.

Bütün 92 matç canlı yayımlanacaq və onlardan dördü BBC-nin efirində nümayiş olunacaq.

"Liverpul" turnir cədvəlində 25 xalla birinci yeri tutur. 30 il ərzində ilk çempionluq tituluna yaxın olan "qırmızılar" ilk matçda qələbə qazanmaqla və ikinci yerdə olan "Mançester Siti" klubunun London "Arsenal"ına uduzması ilə çempionluğu əllərinə keçirə bilərlər.

"Bornmut", "Aston Villa" və "Norviç Siti" liqadan çıxış zonasındadır.

Qeyd edək ki, "Aston Vila" - "Şeffild" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da olacaq.

Xəbər lenti
0