19:35 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1210

Taksi xidməti göstərən "Daewoo" markalı maşın "Neftçi"nin əsas komandasını məşqə aparan avtobus ilə toqquşub.

BAKI, 16 iyun — Sputnik. "Neftçi" klubunun avtobusu qəzaya düşüb.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, hadisə bu gün Heydər Əliyev prospektində ("İnter Arena" stadionun qarşısında, metronun "Koroğlu" stansiyası istiqamətində) baş verib. Taksi xidməti göstərən "Daewoo" markalı maşın "Neftçi"nin əsas komandasının avtobusu ilə toqquşub. Komanda məşqə gedirmiş.

Məlumatı təsdiqləyən "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev komanda üzvlərindən heç kimin xəsarət almadığını bildirib.

Əsas mövzular