Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış klub yenə də futbolçuların maaşlarını kəsir

© AFP 2023 / MIGUEL MEDINAПачка денег номиналом 500 евро, фото из архива
Пачка денег номиналом 500 евро, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kataloniya klubunun rəhbərliyi oyunçulara mayın son həftəsi üçün maaşlarının 70%-ini, iyunun iki həftəsinin maaşlarını isə 50% azaltmaq təklifini irəli sürüb.

BAKI, 8 iyun - Sputnik. İspaniyanın "Barselona" futbol klubu koronavirus pandemiyasının səbəb olduğu ağır maliyyə vəziyyəti ilə əlaqədar yenidən oyunçulara maaşların ixtisarı ilə razılaşmağı təklif edib.

Bu barədə “Report” xəbər verir.

Məlumata əsasən, Kataloniya klubunun rəhbərliyi oyunçulara mayın son həftəsi üçün maaşlarının 70%-ini, iyunun iki həftəsinin maaşlarını isə 50% azaltmaq təklifini irəli sürüb. Lakin oyunçular klubun təkliflərindən imtina edirlər.

Daha əvvəl "Barselona" prezidenti Xosep Mariya Bartomeu klubun bir neçə ay əvvəl təsdiqlənmiş büdcəsinin 1,047 milyard avroya çata bilməməsi ilə əlaqədar oyunçulara maaşların azaldılması ilə razılaşmağı təklif edib.

Katalon klubunun futbolçularının maaşlarının 61%-i ümumi büdcədən təşkil edilir.

"Barselona" 27 turda 58 xal yığaraq, Madrid "Real"ını 2 xal qabaqlamaqla İspaniya çempionatının lideridir. 

Xəbər lenti
0