05:48 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
19 0 0

UFC üzrə irlandiyalı keçmiş dünya çempionu Konor Makqreqor Twitter-də karyerasını başa vurduğunu açıqlayıb və çempion titulunu qazandıqdan sonra anası ilə çəkdirdiyi şəkli paylaşıb.

BAKI, 7 iyun – Sputnik. İki çəki dərəcəsində qarışıq döyüş növləri (UFC) üzrə keçmiş dünya çempionu,  irlandiyalı Konor Makqreqor Twitter-də karyerasını başa vurduğunu açıqlayıb.

İdmançı çıxışlarında iştirak edənlərin hamısına təşəkkür edib və anası ilə olan fotosunu paylaşıb.

"Salam, uşaqlar. Döyüşləri bitirmək qərarına gəldim. Bu gözəl anlar üçün hər kəsə təşəkkür edirəm. Bu, əla idi. Bu nə yol idi belə?!  Bu, mənimlə anamın Las-Veqasda qələbələrimdən birini qazandıqdan və dünya çempionu olduqdan sonra çəkdirdiyimiz şəkildir. Arzularının evini seç, mən səni sevirəm! Nə arzulayırsansa, sənindir",- UFC üzrə eks-çempion öz  postunda yazıb.

Ötən ilin mart ayında məşhur döyüşçü artıq oktaqondakı çıxışlarını sona çatdırdığını elan etmişdi. Onda onun "istefası" bir aya yaxın davam etmişdi.

UFC üzrə irlandiyalı döyüşçü karyerası boyunca 22 dəfə qalib gəlib və dörd dəfə məğlubiyyətə uğrayıb.

Əsas mövzular