01:52 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
9 0 0

Müraciətdə qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

BAKI, 21 may — Sputnik. AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə federasiyanın Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Əsas mövzular