07:15 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
13820

Komandanın rəhbərliyi bir müddət sonra azarkeşlərdən üzr istəyib. Belə ki, onlar həmin şirkətin seks manekenlər istehsal etdiyindən xəbərsiz olduqlarını vurğulayıblar

BAKI, 18 may — Sputnik. Cənubi Koreya futbol klubu "Seul" ev oyunları zamanı maraqlı addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, stadionun tribunalarına manekenlər qoyulub. Hadisə ötən gün "Kvançju" futbol klubuna qarşı keçirilən oyun zamanı qeydə alınıb. Koronavirus pandemiyası ilə əlaqədar oyunlar azarkeşsiz keçirilib. "Dalcom" şirkəti bununla bağlı kluba tribunaların manekenlərlə doldurulması məqsədi ilə təklif irəli sürüb. "Seul" klubu bu təklifi qəbul edərək həmin şirkətdən 30 ədəd maneken sifariş verib. Komandanın rəhbərliyi bir müddət sonra azarkeşlərdən üzr istəyib. Belə ki, onlar həmin şirkətin seks kuklaları istehsal etdiyindən xəbərsiz olduqlarını vurğulayıblar.

​Qeyd edək ki, Cənubi Koreya çempionatı pandemiya ilə əlaqədar olaraq dayandırılmışdı. 8 may tarixindən oyunlar yenidən keçirilməyə başlayıb. Hazırda "Seul" klubu turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.

Əlaqədar

"Qarabağ" albaniyalı qapıçı ilə maraqlanır
"Beşiktaş"da koronavirus şoku
Azərbaycanda futbol olmayacaq – Operativ Qərargah qərar verdi
"Qalatasaray"da növbəti yoluxma - məşqlər dayandırıldı
Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır

Əsas mövzular