Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür

© Photo : Courtesy of Tajaddin SadiyevTacəddin Sədiyev
Tacəddin Sədiyev - Sputnik Azərbaycan
Abunə olmaq
71 yaşlı Tacəddin Sədiyev şəhərdə hokkeyin yox olmasına çox  təəssüflənir və ümid edir ki, bu idman növü yenidən bərpa edilə bilər.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Ömrünün 50 ilini otüstü xokkeyə həsr etmiş Tacəddin Sədiyev: "Hokkeyin şərəfini qorumağa çalışmışam"

O, otüstü hokkey idman növünə futboldan gəlib. Söhbət ömrünün 50 ilini otüstü hokkey idman növünə həsr etmiş Tacəddin Sədiyevdən gedir. Onunla Sumqayıtda,  yaşadığı mənzildə görüşüb həmsöhbət olduq.

HAŞİYƏ: Tacəddin Sədiyev 1949-cu il oktyabr ayının 13-də Xudat rayonunun Həbib kəndində anadan olub. 1964-cü ildən Sumqayıtda yaşayır. Kimya Texnologiya Texnikumunu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bitirib. 1968-cı ildən 1986-cı ilədək otüstü hokkey idman növü ilə məşğul olub. 1986-cı ildən 1989-cu ilədək “Azərittifaq”ın "Sumqayıt" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. 1989-cu ildən 1992-ci ilədək isə "İnşaatçı" komandasında məşqçi işləyib. SSRİ idman ustası və Azərbaycanın Əməkdar məşqçisidir. İdman üzrə birinci kateqoriyalı məşqçi-müəllimdir.

© Photo : Courtesy of Tajaddin SadiyevSSRİ idman ustası və Azərbaycanın Əməkdar məşqçisi Tacəddin Sədiyev
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
SSRİ idman ustası və Azərbaycanın Əməkdar məşqçisi Tacəddin Sədiyev

T. Sədiyev deyir ki, 70-ci illərdə Kimya Kombinatının futbol komandasında top qovub. Onda otüstü hokkeyə marağı şəhərdə bu idman növünün əsasını qoyan İsa Qasımov oyadıb. İ.Qasımovun təşəbbüsü ilə komandaya gəlib və yarımmüdafiəçi mövqeyində Sumqayıtın uğurları üçün çalışıb.  O, İ.Qasımovun otüstü hokkeyin inkişafında xidmətlərini yüksək qiymətləndirir: "Mən hokkeydə nə qazanmışamsa İsa müəllimin adı ilə bağlıdır”.

Komanda əsasən məşqlərini "İnşaatçı" stadionunda keçirib. Bura hokkey komandasının bazası hesab olunurmuş. T. Sədiyev  ilk oyunlarını belə xatırlayır: "1976-cı ildə Qorki şəhərində (hazırda Nijniy Novqorod) SSRİ birinciliyi keçirilirdi. Həmin yarışda mənim də təmsil olunduğum "Polad" komandası birinci liqada II yeri tutdu. Oyunlarımızın hamısı ağır və gərgin keçirdi. Bu qədər yorulduğum və sevindiyim günlər olmamışdı”.

© Photo : Courtesy of Tajaddin SadiyevTacəddin Sədiyevin otüstü hokkey üzrə komandası
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
Tacəddin Sədiyevin otüstü hokkey üzrə komandası

O, karyerası dövründə rəqib komandaların qapısından 25 top keçirib. İlk qoluna gəldikdə isə bu 1981-ci ilə təsadüf edib: "Özbəkistanın Fərqanə şəhərində "Ximik" komandası ilə qarşılaşırdıq. Oyun gərgin keçirdi. Bu qarşılaşmada bizə qarşı haqsızlıqlar da oldu. Hiss olunurdu ki, bizi uduzdurmaq istəyirlər. Komanda yoldaşlarımı - Tofiqi, Sahibi və sonra isə qapıçımız Yuranı oyundan çıxartdılar. Əsəblərimizin tarıma çəkilməsinə baxmayaraq prinsipial oyunda özümüzü cilovlaya bildik. Nəticədə 2:1 hesabı ilə həmin komandaya qalib gəldik. İlk və həlledici qolu onda vurmuşam. Bu oyunda birliyimizi və mübarizliyimizi göstərib Sumqayıtın  şərəfini qoruduq".

© Photo : Courtesy of Tajaddin SadiyevTacəddin Sədiyev komanda yoldaşları ilə
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
Tacəddin Sədiyev komanda yoldaşları ilə

Veteran idmançının sözlərinə görə, "Polad" komandası əldə etdiyi uğurlar nəticəsində yüksək liqaya yüksəlib. Və bundan sonra  komanda "İnşaatçı" adı altında yarışlara qatılıb. 1982-ci ildə isə komanda SSRİ çempionatında 4-cü yeri tutub: "Bu illərdə Sumqayıtın şərəfini qorumağa çalışmışam. Nəyə nail olmuşamsa, bunu azarkeşlər yaxşı bilir. Azərbaycan yığma komandasında SSRİ spartakiadasında çıxış eləmişəm. Həmin illəri həyatımın ən qaynar, ən məhsuldar və sevincli günləri hesab edirəm”.

T. Sədiyev 1985-ci ildən sonrakı dövrü Sumqayıt hokkeyində tənəzzül dövrü kimi xarakterizə edir: "Həmin illər komanda cavanlaşmağa başladı. Yaşlı nəsildən mən, Qəhrəman Muradi, Tofiq Məmmədov və Ramiz Əliyev komandanı tərk elədik. Cavanlar isə təcrübəsiz idilər. Oyunda bir-birilərini düzgün başa düşmürdülər və komandada olan ruh yüksəkliyi sönməyə başladı. Lakin bir ildən sonra, yəni 1986-ci ildə hər şey normaya qayıtdı”.

© Photo : Courtesy of Tajaddin SadiyevTacəddin Sədiyevin SSRİ xalqlarının yay Spartakiadasında qazandığı kubok
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
Tacəddin Sədiyevin SSRİ xalqlarının yay Spartakiadasında qazandığı kubok

T. Sədiyev  otüstü xokkey karyerasını bitirdikdən sonra məşqçi kimi özünü sınayıb. Bu, 1986-ci ilə təsadüf edib. O, həmin ildə birinci liqada çıxış edən "Qartal" komandasının baş məşqçisi kimi də fəaliyyət göstərib.

Mütəxəssis deyir ki, SSRİ dağılandan sonra Sumqayıtda otüstü hokkey idman növünün də tənəzzül dövrü başlayıb. Nəticədə şəhərdə mövcud olan komandalar dağılıb. 1998-ci ildə Sumqayıtda yenidən bu idman növü bərpa olunub. Həmin ili "Gənclik Sumqayıt" komandası yaranıb. T.Sədiyev deyir ki, uzun müddət həmin komandanın uğurları üçün çalışıb və 2002-ci ildə onun rəhbərliyi altında komanda Azərbaycan çempionu adını qazanıb.

Komanda məşqlərini 2 saylı Uşaq Gənclər İdman Məktəbinin süni örtüklü meydançasında keçirib. Sonradan isə bu stadion yararsız hala düşüb.

© Photo : Courtesy of Tajaddin SadiyevTacəddin Sədiyevin otüstü hokkey üzrə komandası
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
Tacəddin Sədiyevin otüstü hokkey üzrə komandası

2002-ci ildə isə otüstü hokkey üzrə "Sumqayıt" komandası yaranıb. Peşəkar mütəxəssis 13 il həmin komandanın baş məşqçisi vəzifəsində çalışıb. Bununla yanaşı, o, 2012-2015-ci illərdə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasına rəhbərlik edib. 2015-ci ildə Sumqayıtda otüstü hokkey komandası yenidən qara günlərini yaşamağa başlayıb və nəticədə fəaliyyətini dayandırıb.

Sumqayıtın yaşıdı olan 71 yaşlı Tacəddin Sədiyev şəhərdə hokkeyin yox olmasına çox  təəssüflənir və ümid edir ki, bu idman növü yenidən bərpa edilə bilər: "Bir idmançının yetişdirmək üçün illər lazımdır. Amma bu o demək deyil ki, mümkün deyil. Ümid edirəm ki, bu idman növü ölkəmizdə, eləcə də Sumqayıtda yenidən bərpa olunar. Bir mütəxəssis kimi mən də töhfəmi verməyə hazıram. Yetər ki, bunun üçün istək olsun".

© Photo : Courtesy of Tajaddin SadiyevAzərbaycanın Əməkdar məşqçisi Tacəddin Sədiyev komandası ilə
Gənclər şəhərinin yaşıdı olan qocaman məşqçi – O, hələ də heç nəyin bitmədiyini düşünür - Sputnik Azərbaycan
Azərbaycanın Əməkdar məşqçisi Tacəddin Sədiyev komandası ilə

Xatırladaq ki, əsasını sumqayıtlılar təşkil etdiyi Azərbaycanın yeniyetmə oğlan hokkeyçiləri 1977-1986-cı illərdə SSRİ-nin ən qabaqcıllarından sayılıblar. 17-18 yaşlı idmançılardan təşkil olunan yığma komanda 1977, 1980, 1982 və 1984-cü illərdə SSRİ birinciliklərinin qalibi, 1981-ci ildə isə Yeniyetmələrin İdman Oyunlarında gümüş medala layiq görülüb. 4 il keçəndən sonra 17-18 yaşlı oğlan hokkeyçilərimiz analoji yarışın qızıl medalını qazanıblar. 1989-cu ildə həmin yaş qrupunda Azərbaycan komandası SSRİ birinciliyində 3-cü yerə çıxıb. 15-16 yaşlı oğlanlardan ibarət yığma komandamız isə 1979 və 1982-ci illərdə SSRİ çempionu olub.

Xəbər lenti
0