01:25 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
123 0 0

Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq. Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.

BAKI, 15 may — Sputnik. Azərbaycanda xüsusi karantin rejimi müddətində idman sahəsində tətbiq olunmuş məhdudiyyətlər qüvvədə qalıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, idman zallarının fəaliyyətinin, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla) qərarı dəyişdirilməyib.

Bu isə o deməkdir ki, Azərbaycanda idman yarışları, o cümlədən futbol matçları yaxın vaxtlarda bərpa olunmayacaq.

Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.

Əsas mövzular