Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan-Ermənistan qarşılaşması növbəti ilə qaldı

© AFP 2023 / NICOLAS TUCATБаскетбольная корзина и мяч, фото из архива
Баскетбольная корзина и мяч, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yarış bu il 28 iyun-4 iyul aralığında nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar olaraq təxirə salınmışdı.

BAKI, 12 may — Sputnik. Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb. Sputnik Azərbaycan  Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış 28 iyun-3 iyul 2021-ci il tarixində baş tutacaq. Yarış bu il 28 iyun-4 iyul aralığında nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar təxirə salınmışdı.

Qeyd edək ki, B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

Xəbər lenti
0