Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Formula 1” bu tarixdə qayıdacaq

© AFP 2023 / GERARD JULIENГран-при Франции «Формулы-1» , фото из архива
Гран-при Франции «Формулы-1» , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

BAKI, 10 may — Sputnik. Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Formula 1" avtomobillər sinfində dünya çempionatının yarış mövsümünün iyulun 5-də başlaması variantını qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "The Judge 13" portalı bildirib.

Mənbə bildirir ki, Formula 1 rəhbərliyi mayın 8-də FİA-dan müvafiq bildiriş alıb. Avstriyada ardıcıl olaraq iki mərhələ keçiriləcəyi güman edilir: birinci yarış 5 iyulda, ikincisi 8 və ya 9 iyulda. Bundan sonra Böyük Britaniyada iki mərhələ (19 və 23 iyul yarışları) başa tutacaq.

Yarışlar tamaşaçısız keçiriləcək, avtodroma yalnız yayımı təmin edən televiziya qrupları buraxılacaq.

Xəbər lenti
0