CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İslam Həmrəyliyi Oyunları təxirə salındı

© Sputnik / Murad OrujovФинальный матч по футболу между сборными Азербайджана и Омана IV Игр Исламской солидарности
Финальный матч по футболу между сборными Азербайджана и Омана IV Игр Исламской солидарности - Sputnik Azərbaycan
Abunə olmaq
2021-ci ildə nəzərdə tutulan İslam Həmrəyliyi Oyunları gələn ilə təxirə salınan olimpiya oyunları ilə üst-üstə düşür. Bu səbəbdən yarış təxirə salınıb

BAKI, 5 may — Sputnik. "Tokio 2020" Yay Olimpiya Oyunlarının növbəti ilə təxirə salınmasının ardınca daha bir mötəbər idman yarışı qeyri-müəyyən vaxta qədər ertələnib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu İslam Həmrəyliyi İdman Federasiyasının Direktorlar Şurasının iclasını keçirib. Toplantıda bildirilib ki, 2021-ci ildə nəzərdə tutulan İslam Həmrəyliyi Oyunları gələn ilə təxirə salınan olimpiya oyunları ilə üst-üstə düşür. Bunu nəzərə alaraq yarışın təxirə salınması vacibdir. Konyada keçirilməsi nəzərdə tutulan bu idman yarışının nə vaxta təxirə salındığı məsələsinə aydınlıq gətirən nazir ilin sonunadək qərar veriləcəyini söyləyib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda baş tutmuşdu.

Xəbər lenti
0