CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafael Ağayev əzəli rəqibiylə virtual döyüş keçirdi – VİDEO

© Sputnik / Murad OrujovDördqat dünya çempionu, karateçi Rəfael Ağayev
Dördqat dünya çempionu, karateçi Rəfael Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Beşqat dünya, 11 qat Avropa çempionu Rafael Ağayev italyan Luici Busanı sevdiyi komandanın köynəyi ilə cırnadıb

BAKI, 4 may — Sputnik, Teymur Tuşiyev. “Dünya karatesinin qara brilyantı” Rafael Ağayev italyan rəqibi Luici Busa ilə virtual döyüş keçirib.

Sputnik Azərbaycan bildirir ki, "döyüş"dən videonu Rafael Instagram səhifəsində paylaşıb.

Beşqat dünya, 11 qat Avropa çempionumuz sosial şəbəkədə dünya və Avropa çempionatlarının mükafatçısı, bir neçə dəfə üz-üzə gəldiyi İtaliya təmsilçisi Luici Busa ilə birlikdə izləyiciləri üçün virtual məşq keçiblər. Onlar bir neçə təmrin göstərərək tamaşaçılarına bəzi  tövsiyələr veriblər.

Bundan sonra ustalar öz aralarında zarafatyana virtual “döyüş” keçiriblər. Sonda isə Rafael Ağayev italiyalı idmançını cırnatmaq üçün pərəstişkarı olduğu “Yuventus” klubunun köynəyini göstərərək: “Bu klubu tanıyırsan? Forza Juve!” - deyib. Milan “İnter”inin fanatı olan Busa isə gülərək öz komandasını dəstəkləyib.

Qeyd edək ki, Luici Busa gələn il Tokioda keçiriləcək Olimpiadada Rafael Ağayevin əsas rəqiblərindəndir. Dünya reytinqində hazırda Luici ikinci, Rafael isə üçüncü yerdədir.

 

Xəbər lenti
0