CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elnur Məmmədlinin 13 saniyəyə məğlub etdiyi rəqibi həbs olundu

© AP Photo / GUILLERMO ARIASТьюрма, фото из архива
Тьюрма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi koreyalı Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub

BAKI, 3 may — Sputnik. Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.

Sputnik Azərbaycan "Report"a  istinadən xəbər verir ki, 32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.

Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.

Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.

Onlar daha əvvəl 2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdilər. Həmin dueldən isə koreyalı idmançı qalib ayrılmışdı. Onun hesabında olimpiya 2-ciliyi ilə yanaşı, dünya çempionatının 2 qızıl (2007, 2009) və bir bürünc medalı (2010) da var.

Qeyd edək ki, Van Kin Çun daha əvvəl 2009-cu ildə gecə klubunda baş vermiş qalmaqala görə həbs olunub. Sadəcə, həmin vaxt idmançıya qarşı heç bir ittiham irəli sürülmədiyindən insident qısa zamanda həllini tapıb.

Xəbər lenti
0