CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millimizin uduzan üzvü canlı efirdə mahnı oxudu – VİDEO

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidАльфонсо Домингес, фото из архива
Альфонсо Домингес, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın futbol üzrə milli komandasının üzvləri Cavid Hüseynov və Ramil Şeydayev isə, maraqlıdır ki, kiberfutbol turnirində uğur qazana bilməyiblər

BAKI, 2 may — Sputnik, Teymur Tuşiyev. 2019-cu ildə Minskdə keçirilən ikinci Avropa Oyunlarının qalibi, Azərbaycanın boks yığmasının kubalı üzvü Alfonso Dominges kiberfutbol turnirinin dörddə bir finalında uduzub.

Sputnik Azərbaycan bildirir ki, qalibin xahişilə Dominges populyar “Despasito” mahnısını oxuyub.

İTV telekanalının təşkil etdiyi PES2020 platformasında Evdə qol kiberfutbol turnirinin dörddə bir finalında Dominges sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə yarışıb. Hər iki oyunda Hacı 2:0 və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Hacı Əliyev portuqaliyalı futbolçu Kriştianu Ronaldunun pərəstişkarı olduğundan kumirinin oynadığı “Yuventus” komandasını seçib. Dominges də Ronaldunun fanatı olmasına rəğmən, kiberfutbol oyununda Madridin “Atletiko” klubunu seçməli olub.

Uduzmağı Domingesin kefini pozmayıb və onu dəstəkləməyə gələn millimizdəki həmvətəni, 2016-cı il Olimpiadasının vitse-çempionu Lorenso Sotomayor ilə birlikdə məşhur “Despasito” mahnısını ifa edib.

Beləliklə, Evdə qol turnirində yarımfinal cütlükləri bəlli olub. Taekvondoçu Ayxan Tağızadə MMA döyüşçüsü Tofiq Musayev, güləşçi Hacı Əliyev isə Hidayət Heydərovla yarışacaqlar. Azərbaycanın futbol üzrə milli komandasının üzvləri Cavid HüseynovRamil Şeydayev isə, maraqlıdır ki, kiberfutbol turnirində uğur qazana bilməyiblər.

Xəbər lenti
0